Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:46

Sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 18. Sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq mühafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi, nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun dərəcələri

18.1. İxtira, faydalı model və sənaye nümunəsinə iddia sənədinin verilməsi üçün (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla):

18.1.1. bir ixtira, bir faydalı model və bir sənaye nümunəsi üçün – 10 manat.

18.1.2. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 7 manat.

18.1.3. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 7 manat.

18.1.4. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün – 5 manat.

18.1.5. iddia sənədinin mətninin 30-dan artıq hər səhifəsi üçün - 1 manat.

18.2. İddia sənədi üzrə ilkinliyin xahiş edilməsi üçün (bir ədəd ilkinlik üçün) – 7 manat.

18.3. İddia sənədinin verildiyi tarixdən 1 ay keçdikdən sonra iddia sənədi materiallarında düzəliş və əlavələrin aparılması üçün – 6 manat.

18.4. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün (12 aydan artıq olmamaq şərti ilə, hər bir ay üçün) – 5 manat.

18.5. İddia sənədinə dair məlumatın müəyyən edilmiş müddətdən tez dərci üçün – 20 manat.

18.6. İddia sənədi barəsində məlumatın dərci üçün – 6 manat.

18.7. İxtira, faydalı model və sənaye nümunəsi barəsində məlumat axtarışı aparılması üçün vəsatət verilməsinə görə – 7 manat.

18.8. Vəsatət əsasında ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin mahiyyətcə ekspertizasının aparılması:

18.8.1. bir ədəd ixtira üçün – 50 manat;

18.8.2. bir ədəd faydalı model üçün – 40 manat;

18.8.3. bir ədəd sənaye nümunəsi üçün - 40 manat;

18.8.4. əlavə olaraq, çoxbəndli düsturun 1-dən artıq hər asılı olmayan bəndi üçün - 25 manat;

18.8.5. əlavə olaraq, çoxbəndli düsturun 10-dan artıq hər asılı olan bəndi üçün - 10 manat;

18.8.6. sənaye nümunəsinin 20-dən artıq hər əlavə sənaye nümunəsi üçün - 10 manat.

18.9. İxtira barəsində iddia sənədinin faydalı model barəsində iddia sənədinə çevrilməsi üçün - 5 manat.

18.10. Faydalı model barəsində iddia sənədinin ixtira barəsində iddia sənədinə çevrilməsi üçün - 7 manat.

18.11. Apellyasiya şurasına etirazla müraciət edilməsi:

18.11.1. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsindən imtina qərarına qarşı - 10 manat;

18.11.2. ixtira, faydalı model və sənaye nümunəsi barəsində dərc olunmuş iddia sənədinə qarşı - 6 manat;

18.11.3. ixtira, faydalı model və sənaye nümunəsinə patentin verilməsinə qarşı – 40 manat.

18.12. Ötürülmüş müddətlərin bərpası:

18.12.1. patent verilməsindən imtina qərarı barəsində iddiaçı tərəfindən Apellyasiya şurasına etirazla müraciət edilməsi üçün - 20 manat;

18.12.2. dərc olunmuş iddia sənədi üzrə daxil olan etirazla bağlı iddiaçının Apellyasiya şurasına cavab verilməsi üçün - 25 manat.

18.13. Sənaye mülkiyyəti obyektinin qeydiyyatı, patentin verilməsi və dərc olunması ilə bağlı:

18.13.1. ixtira üçün - 10 manat;

18.13.2. faydalı model üçün - 7 manat;

18.13.3. sənaye nümunəsi üçün - 7 manat;

18.13.4. patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün - 1 manat.

18.14. Dərc olunduqdan sonra iddia sənədinin materialları ilə tanış olmaq üçün – 10 manat.

18.15. Patentin dublikatının və patentə görə hüquqların qismən başqa şəxsə keçməsinə dair patentin verilməsi üçün – 7 manat.

18.16. Verilmiş patentdə dəyişikliklər edilməsi üçün - 7 manat.

18.17. Sənaye mülkiyyəti obyektləri ilə bağlı hüquqların verilməsi barəsində müqavilələrin qeydiyyata alınması üçün:

18.17.1. bir ədəd ixtira, bir ədəd faydalı model və bir ədəd sənaye nümunəsinə dair iddia sənədi üzrə, ayrılıqda hər biri üçün - 10 manat;

18.17.2. bir ədəd ixtira patenti, bir ədəd faydalı model patenti və bir ədəd sənaye nümunəsi patenti üzrə, ayrılıqda hər biri üçün - 25 manat;

18.17.3. ixtira, faydalı model, sənaye nümunəsinə görə bir neçə iddia sənədi üçün (birdən artıq hər patent üçün) - 10 manat;

18.17.4. ixtira, faydalı model və sənaye nümunəsinin bir neçə patenti üçün (birdən artıq hər patent üçün) - 10 manat.

18.18. İxtira, faydalı model və sənaye nümunəsi obyektindən istifadə hüququnun verilməsi barədə müqavilənin qeydiyyata alınması üçün:

18.18.1. bir iddia sənədi üçün - 10 manat;

18.18.2. bir neçə iddia sənədi üçün (hər əlavə iddia sənədi üçün) – 10 manat.

18.19. Lisenziya müqavilələrinin qeydiyyata alınması:

18.19.1. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir ədəd patenti üçün - 25 manat;

18.19.2. ixtira, faydalı model və sənaye nümunəsinin hər birinin ayrılıqda bir neçə patenti üçün (birdən artıq nəzərdə tutulan hər patent üçün) – 20 manat.

18.20. İddia sənədi və ya patenti üzrə hüquqların verilməsinə dair qeydiyyata alınmış müqavilələrdə və ya obyektin istifadəsi ilə bağlı qeydiyyata alınmış lisenziya müqavilələrində dəyişikliklərin edilməsi üçün - 10 manat.

18.21. İlkin istifadəçinin hüquqlarının tanınması məqsədi ilə onun iddiasına baxılması üçün – 25 manat.

18.22. İxtira patentinin qüvvədə saxlanması üçün:

18.22.1. 3-cü ildən 10-cu ilə kimi - 5 manat, hər artan il üçün 3 manat artırılmaqla;

18.22.2. 11-ci ildən 20-ci ilə kimi – 40 manat, hər artan il üçün 4 manat artırılmaqla.

18.23. Faydalı model patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi – 5 manat, hər artan il üçün 3 manat artırılmaqla.

18.24. Sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün, 3-cü ildən 10-cu ilə kimi – 5 manat, hər artan il üçün 3 manat artırılmaqla.

18.25. Patentin qüvvədə olma ilində illik rüsumun ödənilməsi ilə bağlı ötürülən müddətin 12 aya qədər verilməsinə görə, hər ay üçün - 3 manat.

18.26. Əmtəə nişanının və ya coğrafi göstəricinin qeydə alınması barəsində verilən iddia sənədi üçün (əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq olmayan sinifləri üçün):

18.26.1. iddia sənədinin ilkin ekspertizası üçün - 10 manat;

18.26.2. iddia sənədinin ekspertizası üçün - 50 manat.

18.27. Əmtəənin və ya göstərilən xidmətin 5-dən artıq hər sinfi üçün - 25 manat.

18.28. İddiaçının vəsatəti əsasında “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 12-ci hissəsinə uyğun olaraq, müddətin əlavə 2 ay uzadılması üçün - 20 manat.

18.29. Əmtəə nişanına dair ilkinliyin istənilməsi üçün - 15 manat.

18.30. Əmtəə nişanına və coğrafi göstəriciyə dair verilmiş iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi üçün - 15 manat.

18.31. Ekspertizanın sorğusuna cavabın verilmə müddətinin uzadılması üçün - 25 manat.

18.32. Əmtəə nişanına və coğrafi göstəriciyə dair iddia sənədinin verilən tarixdən bir ay ərzində ekspertizasının aparılması üçün - 45 manat.

18.33. Ötürülmüş müddətin bərpası ilə bağlı, iddia sənədi barədə ekspertizanın qərarı ilə razı olmadıqda apellyasiya komissiyasına etiraz verilməsi üçün – 20 manat.

18.34. Apellyasiya şurasına etirazın verilməsi:

18.34.-1. əmtəə nişanının geniş tanınmasına dair Apelyasiya şurasına ərizənin verilməsi üçün – 150 manat

18.34-2. geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət üçün – 120 manat

18.34-3. Apellyasiya şurasına müraciətin baxılma müddətinin altı aydan çox olmayan müddətə uzadılması üçün – 40 manat.

18.34.1. əmtəə nişanına dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı - 20 manat;

18.34.2. coğrafi göstəriciyə dair iddia sənədinə baxılma barədə ilkin ekspertizanın rədd qərarına qarşı – 20 manat;

18.34.3. əmtəə nişanına dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 60 manat;

18.34.4. coğrafi göstəriciyə dair iddia sənədi barəsində ekspertizanın qərarına qarşı - 35 manat;

18.34.5. qeydə alınmış əmtəə nişanına qarşı - 80 manat;

18.34.6. qeydə alınmış coğrafi göstəriciyə qarşı – 45 manat.

18.35. Qeydə alınması, məlumatın dərci və şəhadətnamənin verilməsi üçün:

18.35.1. əmtəə nişanı üçün – 45 manat;

18.35.1. -1. əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq dörd ay möhlətin verilməsi üçün – 30 manat.

18.35.2. coğrafi göstərici üçün - 30 manat;

18.35.3. kollektiv nişan üçün - 60 manat.

18.36. Reyestrdə və şəhadətnamədə qeydiyyatla bağlı məlumatlarda dəyişikliklər edilməsi üçün - 25 manat.

18.37. Əmtəə nişanı və coğrafi göstəriciyə dair şəhadətnamələrin dublikatının və əmtəə nişanına hüquqların qismən başqa şəxsə keçməsinə dair şəhadətnamənin verilməsi üçün - 10 manat.

18.38. Sənaye mülkiyyəti obyektlərinin reyestr məlumatlarından çıxarış verilməsi üçün - 10 manat.

18.39. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üçün:

18.39.1. iddia sənədi üzrə bir ədəd əmtəə nişanı üçün - 35 manat;

18.39.1.-1. qeydiyyata alınmış əmtəə nişanıan dair müstəsna hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsi ilə bağlı girov müqaviləsinin qeydiyyatı üçün – 60 manat.

18.39.2. iddia sənədləri üzrə bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 20 manat;

18.39.3. qeydə alınmış bir ədəd əmtəə nişanı üçün - 60 manat;

18.39.4. qeydə alınmış bir neçə əmtəə nişanları üçün (birdən artıq hər əmtəə nişanı üçün) – 50 manat.

18.40. Lisenziya müqavilələrinin qeydə alınması:

18.40.1. bir ədəd əmtəə nişanı üçün - 80 manat;

18.40.2. bir neçə əmtəə nişanı üçün (birdən artıq hər əmtəə nişanı üçün – 50 manat.

18.41. Əmtəə nişanı barəsində qeydə alınmış lisenziya müqavilələrində, hüquqların verilməsi barədə müqavilələrdə dəyişikliklərin aparılması üçün - 11 manat.

18.42. Qeydiyyatın qüvvədə olma müddəti qurtardıqdan sonra onun müddətinin uzadılması üçün:

18.42.1. əmtəə nişanı üçün - 95 manat;

18.42.2. coğrafi göstərici üçün - 45 manat;

18.42.3. kollektiv nişan üçün - 145 manat.

18.43. Qeydiyyatın qüvvədə olma müddəti keçdikdən sonra müddətin uzadılması üçün verilən 6 aya görə, hər ay üçün:

18.43.1. əmtəə nişanı üçün - 5 manat;

18.43.2. coğrafi göstərici üçün - 5 manat;

18.43.3. kollektiv nişan üçün - 5 manat.

18.44. Patent müvəkkillərinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün - 20 manat.

18.45. Patent müvəkkillərinin qeydiyyata alınması üçün - 5 manat.

18.46. Patent müvəkkillərinə şəhadətnamə verilməsi üçün - 10 manat.

18.47. Qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün - 5 manat.

18.48. Attestasiya komissiyasının qərarına görə, Apellyasiya şurasına etiraz vermək üçün - 20 manat.

18.49. İxtiraya görə patent alınması üçün Avrasiya Patent İdarəsinə iddia sənədinin verilməsinə görə (formal əlamətlər üzrə ekspertizanın tələblərinə uyğunluğun yoxlanılması) - 10 manat.

18.50. Azərbaycan Respublikasına aid Avrasiya patentlərinin qüvvədə saxlanması üçün:

18.50.1. 3-cü ildən 10-cu ilə kimi - 10 manat, hər artan il üçün 3 manat artırılmaqla;

18.50.2. 11-ci ildən 20-ci ilə kimi – 40 manat, hər artan il üçün 5 manat artırılmaqla.

18.51. Patent Kooperasiyası haqqında müqaviləyə müvafiq olaraq iddia sənədinin alınması və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün – 10 manat.

18.52. İddiaçının xahişi ilə bir ədəd milli iddia sənədinin və ya onun barəsində məlumatların (Patent Kooperasiyası haqqında müqavilənin təlimatının 17.1 (v) qaydası, ilkin sənəd) təsdiqlənmiş surətinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün - 10 manat.

18.53. Nişanların beynəlxalq qeydiyyatı barədə sazişə uyğun olaraq (Madrid sazişi) əmtəə nişanının beynəlxalq qeydiyyatı üçün iddia sənədlərinin verilməsinə görə - 10 manat.

18.54. Əmtəə nişanının beynəlxalq qeydiyyatının qüvvədə olma müddətinin uzadılması üçün - 10 manat.

18.55. Odlu ov və ya idman silahının saxlanması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsinə görə:

18.55.1. ilkin qeydiyyata görə - 10 manat;

18.55.2. təkrar qeydiyyata görə - 5 manat.

18.56. Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə:

18.56.1. ilkin qeydiyyata görə - 10 manat;

18.56.2. təkrar qeydiyyata görə - 5 manat.

18.58. Əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə:

18.58.1. ilkin icazəyə görə - 1000 manat;

18.58.2. icazənin müddətinin uzadılmasına görə - 1000 manat;

18.59. Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə - 10 manat.

18.60. Seleksiya nailiyyətləri sahəsində:

18.60.1. seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası üçün - 10 manat;

18.60.2. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün - 5 manat;

18.60.3. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının dəyişdirilməsi üçün - 25 manat;

18.60.4. seleksiya nailiyyətinə güzəştlə patent hüququnun başqasına verilməsi üçün - 25 manat;

18.60.5. sortun yeniliyinə görə ekspertizası üçün – 10 manat;

18.60.6. seleksiya nailiyyətlərinin yeniliyinə görə iddia edildikdə - 10 manat;

18.60.7. seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan keçirilməsinə görə - 60 manat;

18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilməsinə görə - 35 manat;

18.60.9. müəlliflik şəhadətnaməsi verilməsi üçün - 35 manat;

18.60.10. patentin sürətinin verilməsinə görə - 25 manat;

18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda - 25 manat;

18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə - 25 manat;

18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin dayandırılması haqda sifariş edildikdə - 25 manat;

18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim edilən ərizə üçün - 25 manat;

18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə - 25 manat;

18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin uzadılmasına görə - 25 manat.

18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına görə bitki qrupları üzrə:

18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru, kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün - 10 manat, hər artan il üçün 7 manat artırılmaqla;

18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün - 7 manat, hər artan il üçün 6 manat artırılmaqla;

18.61.3. digər bitkilər üçün - 9 manat, hər artan il üçün 6 manat artırılmaqla.

18.62. Adlar verilən şərabçılıq məhsullarına görə:

18.62.1. ekspertiza üçün - 25 manat;

18.62-1. Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində

18.62-1.1. əsərin, əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün - 5 manat;

18.62-1.2. əsərin, əlaqəli hüquqlar obyektindən istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatı üçün - 7 manat.

18.63. İnteqral sxem topologiyası sahəsində

18.63.1. topologiyaya əmlak hüququnun vərəsəlik üzrə keçməsinin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 5 manat;

18.63.2. topologiyaya əmlak hüquqlarının verilməsi haqqında müqavilənin qeydiyyatı və qeydiyyat haqqında şəhadətnamənin verilməsi üçün - 7 manat.

18.64. Məlumat topluları sahəsində:

18.64.1. xüsusi qoruma hüquqi ilə qorunan məlumat toplusunun rəsmi qeydiyyatı üçün - 5 manat;

18.64.2. xüsusi qoruma hüququ ilə qorunan məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatı üçün - 7 manat.

Maddə 19. Sənaye mülkiyyəti obyektlərinin, əsərin, əlaqəli hüquqlar obyektinin qeydə alınması, müvafiq müafizə sənədlərinin verilməsi və onlarla bağlı digər hüquqi hərəkətlər, habelə icazələrin bəzi növlərinin verilməsi , nəqliyyat vasitələrinə və onların idarə edilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

19.1. Bu Qanunun 18.7, 18.49, 18.51, 18.52, 18.53, 18.54-cü maddələrində göstərilən dövlət rüsumunun məbləğləri göndərilən materialların göndərilmə xərclərinə, habelə beynəlxalq sazişlərə əsasən beynəlxalq təşkilatlara ödənilməli olan müvafiq ödənişləri əhatə etmirlər.

19.2. Patent kooperasiyası haqqında müqayiləyə (PCT) uyğun ixtira, faydalı model barəsində iddia sənədinin milli fazaya daxil olması və digər hüquqi hərəkətlər üçün ödənilən rüsumun məbləği ixtira, faydalı model barəsində iddia sənədinin verilməsi və digər hüquqi hərəkətlər üçün müəyyən edilən məbləğə bərabər tutulur.

19.3. Bu qanunun 18.65-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə görə büdcə təşkilatlarından dövlət rüsumu tutulmur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG