Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:57

Qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının əyarlanması və ekspertizası və s. üçün dövlət rüsumunun dərəcələri


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri

27-1.1. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması (1 məmulat üçün)—2 manat;

27-1.2. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün)—2 manat;

27-1.3. qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) —20 qəpik;

27-1.4. qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) —6 manat;

27-1.5. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatı:

27-1.5.1. ad damğasının ilk dəfə qeydiyyata alınması üçün—4 manat;

27-1.5.2. hər il yenidən qeydiyyata alınması üçün—2 manat.
XS
SM
MD
LG