Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:36

Nazirliklərin «cavabdeh»lik reytinqi


Dekabrın 16-da 18 dövlət idarəsinə və nazirliyə bircə sualdan ibarət məktublar göndərdik
Dekabrın 16-da 18 dövlət idarəsinə və nazirliyə bircə sualdan ibarət məktublar göndərdik
AzadlıqRadiosu dekabrın 16-da 18 dövlət idarəsinə, nazirliyə eyni sualla məktub göndərmişdi. Sualımız belə idi:

«AzadlıqRadiosu ayrı-ayrı dövlət qurumlarında informasiya texnologiyalarının tətbiqi barədə silsilə yazılar hazırlayır. Xahiş edirik, 2009-cu ildə nazirliyin büdcəsindən bu sahəyə nə qədər vəsait ayrılması və necə xərclənməsi barədə ətraflı məlumat verəsiniz».

Üstündən bir aydan çox keçir, hələlik bu idarələrin yalnız yeddisindən cavab almışıq.

CAVABSIZ CAVABLAR

Dövlət Statistika Komitəsi
sorğumuza birinci cavab verdi, ancaq bizi başqa ünvana göndərməklə: «İnformasiya texnologiyalarına ayrılan və xərclənən vəsaitlə əlaqədar Maliyyə Nazirliyinə müraciət etməyimiz məqsədəuyğun olardı».

Yəqin komitədə «vəsait» sözünü görən kimi fikirləşiblər ki, bu işə Maliyyə Nazirliyi baxmalıdır.

Satınalmalar üzrə Dövlət Agentliyi
daha çox internet saytının inkişaf etdirilməsindən, saytla bağlı görülən işlərdən bəhs edir. Və əlavə edir ki, «Dövlət Agentliyi gələcəkdə də informasiya texnologiyalarının tətbiqi barədə geniş məlumatlar verəcəkdir».

Ali Məhkəmənin cavabı həcmcə o birilərdən iki dəfə çoxdur. Göstərilir ki, məhkəmədə İnternet çıxışının təmin olunması üçün 1 Gbit sürətli optik xətt, Avtomat Telefon Stansiyası qurulub. Video konfrans sistemləri, video müşahidə sistemi, veb səhifəsi istifadəyə veriləcək. Vəsaitə gəlincə, «xərclər Ali Məhkəmənin tikintisi üçün ayrılmış vəsait və
Ali Məhkəmənin cavabı həcmcə o birilərdən iki dəfə çoxdur
Dünya Bankının kreditləri hesabına ödənilmişdir».

RƏQƏM DEYƏN NAZİRLİKLƏR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2009-cu ildə informasiya texnologiyalarının tətbiqinə 15.000 min manat ayırıb.

Xərclərini ən detallı İqtisadi İnkişaf Nazirliyi göstərib. «İnternet xidməti haqqının ödənilməsi üzrə» nazirlik ötən il 18.000 manat vəsait ayırıb. «Digər maşın və avadanlıqlar» xərc yarımmaddəsi üzrə 85.700 manatdan 50.734 manat dəyərində kompyuter və printer alınıb. Qeyri-istehsal aktivləri yarımmaddəsi üzrə ayrılmış 10.735 manatdan 7.805 manatı antivirus proqramının alınması üçün istifadə olunub.

Bundan başqa, sahibkarlar üçün 195-2 telefon məlumat xidməti yaradılıb, bu xidmətin lazımi informasiya texnologiyaları ilə təmin olunması üçün 33.453 manat xərclənib. Nazirliyin vahid elektron idarəetmə sisteminin texniki tapşırığının hazırlanması, sistemin yaradılması və tətbiqi üçün bir milyon manat ayrılıb və xərclənib.

Vergilər Nazirliyi


Fövqəladə hallar üçün avtomatlaşdırılmış vergi informasiya sisteminin ehtiyat sisteminin yaradılması və proqramın alınması üçün 3 milyon 620 min manat, elektron vergi hesab-fakturaların tətbiqi ilə əlaqədar 529 min manat, kompyuter və s. avadanlıqların alınması üçün 264 min manat ayrılıb və xərclənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Osman Gündüz
2009-cu ildə təkcə internetdən xidmətə görə 11 940 manat vəsait ayırıb.

15.000 YOXSA 3 MİLYON?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdən soruşduq ki, nazirliklərin açıqladığı rəqəmlərlə hansı işləri görmək olar? İnternet mütəxəssisi məsələn, Rabitə Nazirliyi üçün 15.000 rəqəmini «qeyri-ciddi» sayır. Onun sözlərinə görə, ən azı saytın saxlanmasına, yeni informasiya sistemlərinin yaradılmasına əslində yüz minlərlə vəsait lazımdır:

«Vergilər Nazirliyi isə bütün ölkə üzrə bir şəbəkə qurub, açıqladığı rəqəmlər də ağlabatandır. Məsələn, adicə vergi deklarasiyasının elektron formaya çevrilməsi uzun bir prosesdir, nazirlik bu işləri görür».

Osman Gündüz deyir ki, Vergilər Nazirliyi İKT-nin tətbiqinə görə ölkə üzrə birinci yerdədir.

Qalan nazirliklərin cavablarını...gəldikcə saytda yerləşdirəcəyik. Üstündən neçə ay keçsə belə...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG