Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Hüquqi şəxslərin dövlət qeydiyyatı va yenidən qeydiyyatı


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 20. Hüquqi şəxslərin dövlət qeydiyyatı va yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün.220 manat
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün.3 manat
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün.Bu Qanunun 20.1 - 20.3-cü maddələrdə göstərilən məbləğin 50 faizi
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün.2 manat
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə)1 manat

Maddə 20-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar

20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.

20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.
XS
SM
MD
LG