Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

Azərbaycan Misirə nota göndərib


Azərbaycan Misir XİN-nə nota göndərib. Buna səbəb Misir informasiya saytında təqdim olunmuş xəritədə Dağlıq Qarabağ və Naxçıvan Muxtar Respublikasının Ermənistan tərkibində göstərilməsi ilə əlaqədardır.

Bu barədə Azərbaycanın Qahirədəki səfiri Faiq Bağırov «Trend»ə deyib.

Bakıda Misir kinosu həftəsinin keçirilməsi barədə Moheet.com saytında dərc olunan məqalədə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan ərazisi kimi göstərilib.

Məqalədə Bakıda Azərbaycanın Kinematoqraflar Birliyi ilə birgə Azərbaycan və Misir arasındakı mədəni əlaqələrin möhkəmlənməsinə yardım edəcək Misir kinosu həftəsinin keçirilməsindən danışılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG