Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31
Vəkil İsaxan Aşuorov xəstələndiyi üçün məhkəməyə gələ bilməyib. O, bu barədə məktub göndərib.

Bloqqerlər də belə olan şəraitdə məhkəmənin təxirə salınmasına etiraz etməyiblər.

Apellyasiya şikayətinə fevralın 5-də baxılacaq.

Birinci instansiya məhkəməsi Emin Millini 2 il yarım, Adnan Hacızadəni 2 il müddətinə azadlıqdan məhrum edib. Bloqqerlər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər, xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Vəkillər bu hökmdən apelyasiya şikayəti veriblər.

Bloqqerlərin işinə ilkin baxış keçirilərkən vəkillər həbs-qətimkan tədbirinin dəyişdirilməsini, bunun müqabilində hər biri üçün 5 min manat girov qoyulmasını istəsələr də, hakim vəsatəti qəbul etməyib.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG