Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Rus məktəblərinin yerini mədrəsələr alır?


Tacikistanda mədrəsə

Orta Asiyada, xüsusən də Qırğızıstan və Tacikistanda son illər maraqlı tendensiya yaranıb. Əvvəllər uşaqlarını daha qabağa gedə bilsinlər, daha keyfiyyətli təhsil alsınlar deyə rusdilli məktəblərə qoyanlar, indi fərqli yol seçir. Uşaqlarını mədrəsəyə və dini təhsil verən ali məktəbə qoyurlar.

2009-cu ildə Qırğızıstanda 3000-ə yaxın uşaq rəsmi qeydiyyatdan keçən 52 mədrəsədə təhsil alıb. Bundan başqa, ölkədə islami təhsil verən 9 ali məktəb və bir İslam Universiteti də var. Tacikistanda isə 20 mədrəsə və bir İslam Universiteti var.

Ancaq bir çox qırğız və tacik imkanından asılı olaraq, uşağını dini təhsil dalınca Misir, İran, Pakistan, Türkiyə və Ərəbistan kimi ölkələrə göndərməyə üstünlük verir.

Qırğızıstanlı Muxtar Yusupbekov da belələrindəndir. 12 yaşlı oğlu Məhəmmədi Bişkekdəki rus məktəbindən çıxarıb, Misirə mədrəsəyə göndərir. Məhəmməd orda ərəb və ingilis dilləri, başqa elmlərlə yanaşı, islamı da öyrənir.

Məhəmmədin atası Muxtar deyir ki, onlar inanırlar ki, oğulları ölkəyə yaxşı müsəlman və yaxşı insan kimi qayıdacaq:

«100 FAİZ TƏMİNATIN VAR Kİ, UŞAĞIN BU CÜR RİSKLƏRDƏN UZAQ OLACAQ»

Tacikistanda orta məktəb
- Biz xoşbəxtik, çünki bugünlərdə bir çox valideynlər uşaqlarının ziyanlı yollara düşməsindən, narkotiklər və içkiyə qurşanmasından narahatdırlar. Amma bir müsəlman ölkəsində 100 faiz təminatın var ki, uşağın bu cür risklərdən uzaq olacaq.

Muxtar Yusupbekovun oğlu Misirdə dövlət qeydiyyatından keçən mədrəsədə oxuyur. Qırğızıstan müftisi Muratali Cuman Ulunun sözlərinə görə, 400 Qırğcızıstan vətəndaşı indi rəsmən xaricdə dini təhsil alır. Öz hesablarına, dövlətlərarası sazişlər, qrantlar və ya kimlərinsə yardımı hesabına...

Ancaq xaricdə dini təhsil almaq istəyən, amma imkanı olmayanlar da fərqli yol tapırlar. İran, Pakistan, Ərəb ölkələrindəki qeyri-rəsmi mədrəsələrdə təhsil alırlar. Məsələn, 4 mindən çox tacik uşağının bu cür mədrəsələrdə oxuması haqda məlumatlar var. Tacikistanın İslamabaddakı səfirliyindən deyirlər ki, təkcə bu ölkədə 300-ə yaxın tacik uşağı təhsil alır. Bəzilərinin heç 10 yaşı da yoxdur.

XARİCƏ ÇIXAN BU UŞAQLARIN SONRADAN «BEYİNLƏRİ YUYULUR»


Orta Asiyada populyar olan Centrasia.ru kimi bəzi media vasitələri iddia edir ki, regionda xaricdən gələn çoxlu islamçı missionerlər var ki, gəncləri və qadınları dini təhsil almağa cəlb edirlər. İddialara görə, xaricə çıxan bu uşaqların sonradan «beyinləri yuyulur», «radikal və terrorçu ideyalarla doldurulur».

Pakistanda qızlar məktəbi
Pakistandakı Tacikistan səfirliyinin diplomatları da bu cür iddiaları təsdiqləyirlər. Pakistandakı səfir Zubeydulla Zubaidov deyir ki, özü də bu yolla oxumağa gələnlərin çoxu qeyri–qanuni yollarla sərhədi keçir, Pakistan da İran və Əfqanıstan vasitəsilə gəlirlər. Doğrudan da təhsil almaları da ciddi şübhə oyadır:

- Çünki bu cür mədrəsələrdə tələbələrə ildə iki dəfə ənənəvi Pakistan geyimi verirlər, bir neçə ədəd də sabun. Onlar məscidlərdə və ya zirzəmilərdə yaşayırlar, məsciddə nə versələr onu da yeyirlər. Belə şəraitdə hansı təhsildən danışmaq olar?

Səfir Zubaidov deyir ki, onlar bu cür uşaqları axtarıb-tapıb, geriyə, Tacikistana göndərmək istəyirlər:

-Ancaq bu cür uşaqlarla bir az söhbətləşəndə görürsən ki, artıq onların öz ölkəsi və cəmiyyəti haqqında fikirləri dəhşətli dərəcədə dəyişib.

Tacikistan və Qırğızıstan rəsmiləri bu cür mədrəsələrdə təhsil alan tələbələrdən çəkindiklərini gizlətmirlər. Ümumiyyətlə, bu ölkələrdə son illər islamın bəzi cərəyanları hətta qadağan edilib. Məsələn, Tacikistan hökuməti Pakistanda oxuyub gələn tələbələrin rəhbərlik etdiyi Sələfi və Cəmaəti Təbliğ icmalarını qadağan edib. Onların radikal fikirlər yaymasını iddia edərək. Qırğızıstan və Tacikistanda bu cür mövqeni dəstəkləyənlər çoxdur.

Ancaq bəziləri, məsələn, Düşənbədəki Sədi Yusufi kimi şərhçilər deyir ki, «əslində bu qorxular şişirdilir. Terrorist olmaq üçün Pakistandakı mədrəsədə oxumağa ehtiyac yoxdur. Britaniya və ya Qərbdə oxuyan o qədər radikallar var ki...»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG