Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:57

Klinton hakerlərlə mübarizəyə çağırıb


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton deyib ki, internet saytlarına hücum edən hakerlər hərəkətlərinə görə məsuliyyət daşımalıdırlar.

Hillari Klinton qeyd edib ki, müasir dünyada bir ölkənin saytlarına hücum, hamıya qarşı yönəlmiş hücum sayıla bilər.

Buna görə də vətəndaşlığından aslı olmayaraq bütün ölkələr hakerlərə qarşı mübarizə aparmalıdır.

Klinton bunu Vaşinqtonda İnternetdə soz azadlığının qorunmasına həsr olunmuş çıxışında deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG