Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:53

Azərbaycan Rusiyaya qaz ixracını artırır


Azərbaycanla Rusiya 2010-cu ildə Rusiyaya verilən qazın həcminin 2 dəfə artırılması ilə bağlı razılıq əldə ediblər.

APA-nın «Qazprom»un mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, razılaşma bu gün Moskvada ADNŞ -in prezidenti Rövnəq Abdullayev və «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller arasında keçirilən görüşdə əldə edilib.

Beləliklə «Qazprom» 2010-cu ildə Azərbaycandan ildə 500 mln. kubmetr yox, 1 mlrd. kubmetr qaz alacaq.

Gələn il isə bu həcm 2 mlrd. kubmetrə çatdırılacaq.
XS
SM
MD
LG