Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:26

Silinmiş şəkillər bərpa olundu!


Yanvarın 15-də Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin bir üzvü və «Ölkə» qəzetinin əməkdaşı İlham Rəsulzadə Qız Qalasının yanındakı ötən ay sökülən binanın ərazisində çəkiliş aparırmış. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və Səbail Polis İdarəsinin rəisi, həmçinin 5-ə yaxın post-patrul xidməti əraziyə baxış keçirirmiş. Ancaq nədənsə çəkilişlər baxış keçirənləri narahat edib və polislər onların əlindən fotoaparatı, videokameranı alıb, polis maşınına oturdublar. Yolda polislərə gələn zəngdən sonra onlar fotoaparatın kartında olan bütün şəkilləri silib, tutduqlarını buraxıblar. Ancaq Nəzarət Komitəsi silinmiş şəkilləri bərpa edə bilib! O şəkillərdən birinə siz də baxa bilərsiniz.

Xatırladaq ki, sabah—yanvarın 22-də, saat 15-də Səbail məhkəməsi Neftçilər 95-97 saylı bina sakinlərinin şikayətinə baxacaq.


Əgər sizdə də maraqlı video, foto və ya səs yazısı varsa, bizə göndərin. "Simsiz Teleqraf" rubrikamıza mətn formasında xəbər də göndərmək olar. Bunun üçün yükləmə səhifəsinə daxil olub göndərdiyiniz materiala başlıq və qısa məzmun əlavə etmək lazımdır ki, biz onu dərc edəndə oxucularımızın nədən söhbət getməsindən təsəvvürləri olsun.

Maraqlı görüntülər, xəbər və səs yazıları səhifədə yerləşdiriləcək.

"SİMSİZ TELEQRAF"IN YÜKLƏMƏ SƏHİFƏSİNƏ BURADA DAXİL OL
XS
SM
MD
LG