Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39
Yanvarın 19-da axşamüstü 15-ə yaxın gənc Rusiya Yazıçılar Birliyinin Moskvada - Komsomol prospektində yerləşən binasına hücum edib.

Onlar binadakıları faşizmdə günahlandırıblar. (“Komsomolskaya pravda”)

Bundan əvvəl binada Eduard Volodin adına “İmperiya mədəniyyəti” ədəbi mükafatının illik təqdimat mərasimi keçirilib.

Mərasimdə 150-ə yaxın qələm adamı, siyasətçi iştirak edib. İştirakçılar arasında Rusiya-Belorus İttifaq Dövlətinin katibi Pavel Borodin və millətçi baxışları ilə seçilən tanınmış rejissor Nikita Mixalkov da olub.

Axşam saat 8 radələrində qonaqlar dağılışmağa başlayanda bir qrup gənc binaya yaxınlaşıb və pəncərələrə kərpic, üç tüstü şaşkası və vərəqələr ("Protiv faşistskix pisateley i uznikov beloy sovesti") atıblar.

Bundan sonra gənclər aradan çıxıblar. Hücumla bağlı araşdırma aparılır.

Rusiya Yazıçılar Birliyinin baş direktoru Vladimir Seredin deyib ki, gənclərin bu aksiya ilə nəyə nail olmaq istədiklərini söyləmək çətindir.

“Yazıçılar arasında Böyük Vətən Müharibəsində döyüşənlər vardı, bunlar isə belə adamları faşizmdə ittiham edirlər.

Bəlkə mükafatın adındakı “imperiya” sözü onların xoşuna gəlməyib?

Bəlkə aksiya bizim bu binada yerləşməyimizə qarşı yönəlmişdi? Əvvəllər bu bina Moskva hakimiyyətinin idi və biz onu icarəyə götürmüşdük.

O vaxt bəzən bizi binadan çıxarmaqla hədələyirdilər.

2 il qabaq bina federal hakimiyyətin balansına keçdi. Biz isə hələ də bununla bağlı sənədlərin qaydaya salınması üçün məmurlarla mübarizə aparırıq.

Yəqin Moskvanın mərkəzindəki bu binada məskunlaşmaq istəyən başqa qüvvələr də var və onlar həmin qrupu buraya göndəriblər”.

Vərəqələrdə yazıçıları faşizmdə ittiham edirlər, amma bu ittihamın əsasında konkret nəyin dayandığı qeyd edilmir.

Keçən ilin dekabrında “Komsomolskaya pravda”nın da redaksiyasına belə hücum olub, gənclər binaya tüstü şaşkaları və vərəqələr ataraq qəzetin əməkdaşlarını faşizmdə ittiham ediblər.

«İmperiya mükafatı» 2001-ci ildə təsis edilib. Təsisçilər “imperiya” sözünü “Rus mədəniyyətinin əlvanlığını göstərmək istəyi" ilə əsaslandırırlar.
XS
SM
MD
LG