Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Əsgərlərdən pul tələb edən əsgərlər cəzalandırılıb


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərləri Emin Alıyevi, Sənan Behbudovu və Nicat Abidovu mühakimə edib.

Məhkəmə qarşısına çıxarılan əsgərlər ötən ilin may ayında məzuniyyətdən qayıdan əsgər yoldaşları Turan Eldarov və Ramiz Qasımovda pul olduğunu güman ediblər. Hər iki əsgərdən pul tələb ediblər, tələbləri yerinə yetirilməyəndə isə onları döyüblər.

Elə həmin ay əsgərlər hərbi hissənin əsgəri Nadir Məmmədovdan “Nokia” markalı mobil telefonunu alıblar və günün sonunadək 20 manat pul verməsinin tələb ediblər. Əsgəri hədələyiblər ki, tələbləri yerinə yetirilməsə gecə onu digər əsgərlərin gözü qarşısında təhqir edəcəklər.

Bütün bunları məhkəmədə zərərçəkmişlər söyləyiblər. Müttəhimlər kürsüsündə oturmuş əsgərlərsə məhkəmənin nəzərinə çatdırıblar ki, əsgər yoldaşlarına qarşı etdikləri hərəkətlərindən peşmandırlar.

Məhkəmə Nicat Abidovu 6 il, Emin Alıyevi 4 il 6 ay, Sənan Bədəlovu isə 1 il müddətinə azadlıqdan məhrum edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG