Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:04

Məşhur yazıçının məqbərəsinə bu il konyak qoymadılar


Edgar Poe
Edgar Poe
Məşhur Amerika yazıçısı Edqar Alan Ponun Baltimor şəhərindəki məqbərəsinin girişinə 1949-cu ildən bəri – hər il bir şüşə konyak və bir dəstə gül qoyan naməlum ziyarətçi həmin ayini bu dəfə icra etməyib.

Bu haqda Frans press agentliyi Po Cəmiyyətinə istinadla xəbər verir.

1949-cu ildə məşhur yazıçının ölümünün 100 ili tamam olub.

O vaxtdan bəri altdan-üstən geyinmiş və kimliyini məlum olmayan uzun plaşlı bir adam - hər il Ponun doğum günü – yanvarın 19-a keçən gecə məqbərəni ziyarət edirdi və yazıçıya ehtiramını özünəməxsus ayinlə ifadə edirdi.

Po Cəmiyyətinin nümayəndəsi Cefri Savoye deyib:

“Adətən o, məqbərəyə gecəyarısı ilə səhər saat 5 arası gəlirdi. 60 ildir o mütamadi olaraq hər il həmin ayini icra edib”.

Bu il təxminən 50 nəfər boş-boşuna naməlum ziyarətçinin məqbərəyə gəlib öz ayinini icra etməsini gözləyib.

Ona el arasında “Ponun tamadası” deyirlər.

Amma Amerikanın müxtəlif yerlərindən yazıçının 201-ci doğum gününü qeyd etməyə gələnlər “əliboş qayıdıblar”

Güman edilir ki, məqbərəni 1949-cu ildən bəri icra edən şəxs 1998-ci ildə vəfat edib.

Savoye deyib:

“Bir neçə il qabaq ziyarətə gələn şəxs bir qeyd qoyub getmişdi ki, “tamada” dünyasını dəyişib. Biz bunu estafetin davam edəcəyi mənasında başa düşdük.

Güman edirik ki, ayinin icrasını mərhumun iki oğlu davam etdirir”. Amma Savoye əlavə edib ki, ziyarətçilərin kimliyi bilinmir.

Amerika romantizminin nümayəndəsi olan Edqar Alan Po (1809-1849) şeirləri ilə yanaşı özünün “Qara pişik” və sirr, ölüm, dəhşət dolu başqa hekayələri ilə tanınır.

Onu detektiv-fantastik şanrın banisi sayırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG