Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:10

Klinton internet azadlığına dair bəyanat verəcək


ABŞ Dövlət katibi Hillari Klinton yanvarın 21-də «internet azadlığı»na dair bəyanat verəcək.

Klintonun çıxışından əvvəl Google şirkəti Çində internetə senzura tətbiq olunduğunu, bu səbəbdən Çin bazarını tərk edə biləcəyini bildirib.

Nəhəng internet axtarış şirkəti Google dekabr ayında bir qrup hakerin çinli hüquq müdafiəçilərin email-ni sındırmağa cəhd etdiyini açıqlayıb.

Rəsmi Pekin haker hücumunu təkzib edib, xarici internet şirkətləri “qanuna tabe olmağa” çağırıb.

Çində mütəmadi olaraq axtarış sisteminin nəticələri filtr olunur.
XS
SM
MD
LG