Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:47

Həmsədrlər görüşlərə başlayır


Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 21-də xarici işlər naziri və prezidentlə görüşəcək

Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 21-də xarici işlər naziri və prezidentlə görüşəcək

Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 21-də xarici işlər naziri və prezidentlə görüşəcək.

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü müzakirə olunacaq.

Gözlənilir ki, prezidentlərin görüşü yanvarın 25-də Soçidə keçiriləcək.

Həmsədrlər bundan əvvəl Yerevanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb, sülh danışıqlarının hazırkı mərhələsini müzakirə ediblər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya) yanvarın 20-də Azərbaycana gəliblər. Onları səfərdə ATƏT sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik müşayiət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG