Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:41

Haitidə 75 min insan dəfn olunub


ABŞ Haitiyə daha 4 min dəniz piyada əsgəri və dənizçi göndərir. Onlar zəlzələdən sonra yaşayış yerlərində qalanlara yardım edəcək və zərərçəkmişlərin evakuasiyasını təmin edəcəklər.

Bu hərbçilərin əvvəlcədən Avropa və Yaxın Şərqdə yerləşdirilməsi planlaşdırılırdı.

Ümumilikdə Haitidə olan ABŞ hərbçilərinin sayı 15 minə çatacaq.

Yanvarın 20-də Haitidə yenidən 5.9 bal gücündə zəlzələ olub, zəlzələnin böyük zərər vurmadığı bildirilir.

Yanvarın 12-də baş verən 7 ballıq zəlzələdə isə 100 mindən çox insanın öldüyü ehtimal olunur. Artıq 75 min insan dəfn olunub.

Beynəlxalq humanitar təşkilatların qiymətləndirməsinə görə 1 milyon yarım insan evsiz-eşiksiz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG