Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:55

Heminqueyin nəticəsi moda jurnallarına açıq-saçıq poza verir


Dri Heminquey "V" jurnalında

Dri Heminquey "V" jurnalında

Dünyaca məşhur Amerika yazıçısı Ernest Heminqueyin (1899-1961) nəticəsi 22 yaşlı Dri Heminquey əvvəl özünü baletdə sınamaq istəyib, sonra aktrisalığa meyl edib, axırda isə anlayıb ki, bunların heç biri onluq deyil.

Dri Londondakı Dram Sənəti üzrə Kral Akademiyasında oxuyub, hətta “Mənim intiharım”, “Zəngin qızların imtiyazları” filmlərində də çəkilib.

İndi isə Heminqueyin nəticəsi modeldir və populyar moda jurnalları üçün açıq-saçıq poza verir.

Dri “V” jurnalına etiraf edib ki, “ulu babası heç də onun tez-tez xatırladığı adam deyil”. O, Harri Poter haqqında romanları daha çox sevdiyini bildirib.

Dri etiraf edib ki, ulu babasının əsərlərinin heç yarısını da oxumayıb və buna görə peşman deyil.

Ümumiyyətlə o, hesab edir ki, həyatdakı uğurları məşhur soyadı ilə yox, özünün gərgin əməyilə bağlıdır.

Dahi rus yazıçısı Lev Tolstoyun nəslindən olan Fekla Tolstaya isə telejurnalistdir. Feklanın 39 yaşı var. Amma onun da şəklini tez-tez müxtəlif jurnalların səhifələrində görmək olar.

Bu isə heç də onun bütün qohumlarının ürəyincə deyil.

Bir müddət qabaq Tolstoyun nəslindən olan professor Gennadi Murlıgin Feklaya “nəslin sağlam düşüncəli nümayəndələri adından” məktub da yazmışdı.

O, telejurnalisti “Tolstoy nəslinin adına yaraşmayan davranışı haqqında düşünməyə” çağırmışdı.

“Trend” agentliyinin məlumatına görə, novosibirskli Murlıqin deyib ki, Fekla artıq qalmaqallı rus jurnalisti və modeli Ksyuşa Sobçakın yoluyla gedir və artıq Lev heç kim onu Tolstoyonun doğma yurdu Yasnaya Polyanada görmək istəmir.

Fekla Tolstaya "Dobrıye Sovetı" jurnalının üz qabığında
“O öz övladları və elmi işi haqqında düşünmür.

“Krestyanka” jurnalını açırsan, Fekla orda 10 min rubla sarafan reklam edir. Sobçakın tayı olub. O, tuman geymir, bu da onun dalınca gedir.
Fekla elmi işini də atıb, ekranda “parıldamaq” üçünsə ağıl lazım deyil”.

Fekla Tolstaya ittihamlara dərhal cavab verib.

“O, hansı haqla Tolstoy nəslinin adından danışır. Mənim Tolstoy nəslindən olanların hamısı ilə yaxşı münasibətlərim var və mütəmadi olaraq onların toplantılarında iştirak edirəm”.

Fekla NTV və başqa telekanallarda çalışıb. “Vremeçko”, “Narodnıy artist” və başqa proqramları aparıb.

Fekla Lev Tolstoyun oğlu İlyanın nəslindəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG