Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:50
ERMƏNİSTANLA PROTOKOL İŞİ ÇƏTİNLƏŞDİ

Ermənistan Konstitusiya Məhkəməsi protokolların bir ayağını sındırdı - bundan sonra irəliləmək xeyli çətin olacaq. Daşnaklarla diaspora bundan çox razıdır. Məhkəmənin qərarını analiz etdim.V paraqrafın xülasəsi belədir:

«Ermənistanla Türkiyə arasındakı protokol, Ermənistan Konstitusiyasının giriş bölümünə və Müstəqillik Bəyannaməsinin XI paraqrafına zidd şəkildə şərh və tətbiq edilə bilməz».

Ermənistan Konstitusiyasının giriş bölümü Müstəqillik Bəyannaməsinə həkk edilmiş «milli qayələr»dən bəhs edir. Müstəqillik Bəyannaməsinin XI paraqrafı isə «Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda yaşanan 1915-ci il «soyqırımı»nın tanınmasını Ermənistan Respublikasına «tapşırıq» kimi verir, bunu «milli qayə» kimi xarakterizə edir. Beləliklə, məhkəmə deyir ki, «protokolların imzalanmasına qarşı deyilik, ancaq müştərək tarix komissiyası yaradılaraq 1915-ci il hadisələrinin «soyqırımı» olub-olmadığı müzakirə edilə bilməz».

KİMİN UCBATINDAN?

Halbuki protokolların üç əsas bəndi vardı:

- Ölkələrin ərazi bütövlüyü ilə iki ölkə arasındakı sərhədlərin tanınması;

- Müştərək tarix komissiyası vasitəsi ilə 1915-ci il hadisələrinin müzakirə edilməsi;

- Protokolların parlamentlərdə təsdiqindən 2 ay sonra sərhədlərin açılması.

Ermənistan Ali Məhkəməsi «1915-ci il hadisələrinin müzakirə edilməsinin» yolunu bağlayaraq protokolların Tarix Komissiyası ayağını sındırmışdır. XİN-in sözü ilə «şikəst etmişdir».

Türkiyənin əsas tezislərindən biri - Müştərək Tarix Komissiyası yaradılması yolu ilə «soyqırımı» iddiasının müzakirə edilməsi idi; əgər bu olmayacaqsa, heç bir demokratik hökumət protokolları Türkiyə Böyük Millət Məclisinə göndərə bilməz, Məclis də bunu təsdiq etməz.

Hər iki ölkədə sağlam düşüncəli insanlar üçün sülh ümidi yaradan protokolların Qarabağda bir irəliləyiş olmazsa, Türkiyəyə görə çıxılmaz dalana girəcəyi zənn edildiyi halda, protkollar Ermənistan Konstitusiya Məhkəməsinin ucbatından çıxılmaz dalana sürüklənməkdədir. Daşnaklar və diaspora bundan çox razıdır.

MƏSULİYYƏT ERMƏNİSTANDADIR


Diasporanın ən radikal adamlarından olan Harut Sasunyan «California Courier»də dünən çıxan yazısında artıq «Tarix Komissiyasında soyqırımın müzakirə edilməyəcəyini» böyük sevinclə yazır, hətta daha da irəli gedirdi: Sasunyana görə, məhkəmənin qərarı 1921-ci il Kars sazişinin tanınmaması mənasını da daşıyırdı. Bu, səfehlikdir, belə bir şərh sadəcə diasporadakı çılğınlıq dərəcəsini göstərir.Amma bu qətidir: Ermənistan Konstitusiya Məhkəməsi beynəlxalq saziş olan protokollarda dəyişiklik etməkdədir. Bu, beynəlxalq hüquq qaydaları ilə müdafiə edilə bilməz. İmzalanmış bir mətni «daxili orqan» bu şəkildə dəyişdirdiyinə görə, heç kim protokolları tək tərəfli şəkildə həyata keçirməyi Türkiyədən tələb edə bilməz.

Beynəlxalq diplomatiyada, illah da protokollara böyük dəstək verən Minsk Qrupunda, xüsisilə, ABŞ və Rusiyada bu tıxanmanın məsuliyyətini Ermənistanın daşıdığı bildirilir. Bu konstitusion problemi Ermənistan hökumətinin özü həll etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG