Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:06

Polisin döydüyü jurnalist öldü


Tomskda milisin döydüyü jurnalist ölüb.

47 yaşlı Konstantin Popov yanvarın əvvəllərində ayıltma məntəqəsinə düşüb.

Evə qayıtdıqdan sonra ona təcili yardım çağırmalı olublar.

Həkimlər onun daxili orqanlarında ağır zədələr aşkar ediblər.

Əməliyyat aparılsa da jurnalist koma vəziyyətində qalıb və bu gün keçinib.

Onu döymüş 26 yaşlı milis Aleksey Mitaev həbs edilib.

O hərəkətinin ailə probleminə görə streslə bağlı olduğunu deyib.

Yerli jurnalistlər ittifaqı vilayət Daxili İşlər İdarəsi rəhbərliyinin istefasını tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG