Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:39

Türkiyə-Ermənistan münasibətləri əngəllənə bilər


Ermənistan Konstitusiya Məhkəməsinin rəyində Osmanlı İmperiyası dövründə ermənilərin ölümünün soyqırımı adlandırılması Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması prosesini əmgəlləyə bilər.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ermənistanın Konstitusiya məhkəməsi yanvarın 12-də münasibətlərin yaxşılaşdırılması ilə bağlı ötən ilin oktyabrında iki ölkə arasında imzalanmış protokolları təsdiq edib.

Bu protokollarda münasibətlərin yaxşılaşdırılması və iki ölkə arasındakı sərhədlərin açılması nəzərdə tutulur.

Ermənistan Osmanlı imperiyası dövründə milyon yarım erməninin öldürüldüyünü iddia edir.

Türkiyə ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG