Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:39

Çin vətəndaşını girov götürən dəstənin başçısı həbs olundu


Bakıda Çin Xalq Respublikasının vətəndaşı Zhanq Venlini girov götürməkdə təqsirləndirilən dəstənin başçısı Ye Qhanq Bin həbs olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dəstə başçısını DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həbs ediblər.

Qadının oğurlanması haqda xəbər polisə yanvarın 6-da daxil olub. Zhanq Venlin həyat yoldaşı polisə bildirib ki, qadın idarə etdiyi «Opel Astra» markalı avtomobili ilə bərabər yoxa çıxıb. Ertəsi gün qadının əl telefonundan ona zəng edən şəxslər həyat yoldaşının azadlığa buraxılması üçün 300 min ABŞ dolları tələb edib, baş verənlərlə bağlı polisə xəbər verərsə, qadını öldürəcəkləri ilə hədələyiblər.

Yanvarın 7-də kimliyi bilinməyən şəxslər Zhanq Venlin kəsilmiş barmağının yaşadığı həyətə atıldığını xəbər veriblər. Kəsilmiş barmaq qadının yaşadığı həyətdən tapılaraq götürülüb.

Yanvarın 7-də həyata keçirilən əməliyyatda ağır cinayəti törədən 5 Çin vətəndaşı saxlanıb. Oğurlanan Zhanq Venlin onların yaşadığı evdə gözləri, əlləri, ağzı bağlanmış şəkildə tapılıb. Evdən çinlilərin cinayətdə yararlandıqları bir sıra əşyalar o sıradan, maskalar, bıçaqlar, dəmir dəyənəklər, yapışqanlı lent, mobil telefonlar götürülüb.

İstintaq davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG