Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:33

Rail Rzayevin qətli ilə bağlı cinayət işində yenilik yoxdur


Müdafiə nazirinin müavini Rail Rzayevin qətli ilə bağlı cinayət işində yenilik yoxdur. Bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərin sualının cavabında bildirib.

Zakir Qaralov deyib ki, Rail Rzayevin adyutantı olmuş şəxs həbsdədir. O, konkret cinayət törədətdiyinə görə tutulmayıb. Rail Rzayev qətlə yetirildikdən sonra onun iş otağına qanunsuz müdaxilə olunub və oradan bəzi əşyalar çıxarılıb. Ona görə də adyutant məsuliyyətə cəlb olunub.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cu il fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG