Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:50

Bakıda «20 Yanvar abidə-kompleksi»nin açılışı olub


«20 yanvar» abidəsi
«20 yanvar» abidəsi
1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks Yasamal rayonunun «20 Yanvar» dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanılmışdı.

Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

1990-cı ildə Bakıya hücum edən sovet qoşunları bu istiqamətdən də şəhərə daxil olub. Ordu dinc insanlara atəş açıb, çoxlu sayda ölənlər olub.

«20 yanvar» abidəsinin yerləşdiyi ərazinin yaxınlığında bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə var idi. Bakıda kütləvi qırğından sonra bu abidə kompleksi götürüldü.
XS
SM
MD
LG