Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:53

Tehran nüvə proqramıyla bağlı BMT-nin təklifini rədd etdiyini rəsmən bildirdi


Tehran İranın nüvə proqramıyla bağlı BMT-nin təklifini rədd etdiyini Beynəlxalq Atom Enerjisi Agentliyinə rəsmən bildirib.

BMT İranın nüvə silahı hazırlamadığına əmin olmaq üçün bu ölkənin zənginləşdirdiyi uran ehtiyatının xeyli hissəsinin xaricdə emal olunmasını təklif etmişdi.

Bu təklif ötən ilin oktyabrında İranın Beynəlxalq Atom Enerjisi Agentliyi və 6 böyük dövlət – ABŞ, Rusiya, Fransa, Çin, Britaniya və Almaniya ilə danışıqlarında irəli sürülmüşdü.

XS
SM
MD
LG