Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:14

BMT Haitiyə əlavə hərbi qüvvələr göndərdi


BMT Təhlükəsizlik Şurası Haitiyə əlavə 3500 nəfərlik hərbi qüvvələrin göndərilməsinə səsə verib. BMT əsgərləri və polis zəlzələdən dağılmış bu ölkədə intizamın yaradılmasına və xarici humanitar missiyanın humanitar missiyanın mühafizəsinə çalışır.

Şuranın yeni qərarından sonra BMT-nin Haitidəki hərbçilərinin sayı 9 000, polisin sayı isə 3700 nəfərdən çox olacaq.

Təhlükəsizlik Şurasına sədrlik edən Çinin BMT-dəki səfiri deyib ki, yeni hərbi və polis qüvvələri qarşıdakı altı ay ərzində Haitidə olacaqlar.

BMT-nin baş katibi Ban Ki Mun bu gün jurnalistlərə bildirib ki, bu həftə ərzaq yardımı alan insanların sayı bir milyon nəfər, qarşıdakı həftələrdə isə iki milyon nəfərə çatdırılacaq.

Ötən həftə Haitidə baş verən 7 bal gücündə zəlzəzlədən bəzi ehtimallara görə 200 min adam həlak olub. Bundan sonra ölkənin xüsusilə paytaxtında zorakılıq, vandalizm və oğurluq halları artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG