Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:53

Rüşvət narkotik ticarət qədər gəlir verib


BMT-nin məlumatına görə əfqanlar ötən bir il ərzində 2.5 milyard dollar rüşvət veriblər. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə Komitəsinin bu gün yayılan hesabatında qeyd edilir ki, Əfqanıstanda ötən il narkotik ticarətindən də təxminən elə bu qədər – 2.8 milyard dollar pul əldə edilib.

Təşkilatın sözçüsü Vienna Volter Kemp AzadliqRadiosuna bildirib ki, indi Əfqanıstanda korrupsiya təhlükəsizlik və iqtisadi inkişafın ən böyük maneəsinə çevrilib:

- Korrupsiya özülyündə təkcə bir cinayət deyil. O həm də başqa təşkilatlı cinayətkarlıq növləri üçün münbit şərait yaradır. Xarici yardımlar sakni bir qara boşluğa atılır və bu da ölkənin yenidən qurulmasına imkan vermir. Bu, həm də təhlükəsizliyin və qanunun aliliyinin bərqərar olmasına imkan vermir.

BMT-nin keçirdiyi sorğuda iştirak edən hər iki adamdan biri deyib ki, rəsmilərə rüşvət verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG