Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:58

Moskvanın yeni Ukrayna prezidentindən gözlədikləri


Rusiya ümid edir ki, Ukraynanın gələn ay seçiləcək yeni prezidenti Moskva ilə əlaqələri yaxşılaşdıracaq. Bu gün Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, onlar “Ukraynanın gələcək prezidentinin ölkəni öz ambisiyalarının girovuna çevirməyəcəyini” gözləyirlər.

Bu, Rusiyanın yanvarın 17-də Ukraynada keçirilmiş prezident seçkisinin nəticələrinə ilki reaksiyası hesab olunur. Bu seçkidə qalib müəyyən olunmayıb.

Fevralın 7-də baş nazir Yuliya Timoşenko ilə Rusiya meylli namizəd Viktor Yanukoviç arasında prezident seçkisinin ikinci turu keçiriləcək.
XS
SM
MD
LG