Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:15

Prokurorun qətliylə bağlı 4 nəfər saxlanıb


İranda Qərbi Azərbaycanın Xoy şəhərinin prokurorunun qətliylə bağlı 4 nəfər saxlanıb. Yerli mətbuatın hökumət nümayəndələrinə istinadən yaydığı xəbərə görə, saxlananlar yerli kürdlərdir. Onların “Kürdüstanın azad həyatı” adlı separatçı qrupla əlaqədə olduğu bildirilir.

Xoy şəhərinin prokuroru Vəli Hacı Quluzadə öz evinin qarşısında qətlə yetirilib. Bundan 6 gün əvvəl Tehranda bir fizik-alim uzaqdan idarə olunan partlayıcı qurğunun partladılması nəticəsində həlak olmuşdu.

Xoy şəhərinin 180 minlik əhalisi əsasən azərbaycanlılardan və kürdlərdən ibarətdir.




Günün bütün mövzuları

XS
SM
MD
LG