Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:09

Almaniya İrana qarşı sanksiyaları dəstəkləyəcəyini bildirir


“Əgər İran nüvə proqramı ilə bağlı mövqeyini dəyişməsə, Almaniya bu ölkəyə daha sərt sanksiyaların tətbiqi təklifini dəstəkləyəcək”. Bunu Almaniyanın kansleri Angela Merkel İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra bildirib.

Merkel deyib ki, yeni sanksiyalarla bağlı BMT-nin Təhlükəsizlik Şurasında razılıq əldə ediləcəyinə ümid edir. Ancaq belə razılıq olmasa, onda Almaniya həmin sanksiyaları eyni məqsədi güdən başqa ölkələrlə birlikdə tətbiq edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG