Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:09

Hərbi təlim meydançasındakı partlayış nəticəsində iki nəfər ölüb


Pirəkəşkül hərbi təlim meydançasından 1-2 km aralıda, Abşeron rayonun Çaylı kəndi ərazisində yerləşən fermanın yaxınlığında partlayış olub. Partlayış nəticəsində iki nəfər ölüb.

Abşeron rayon prokurorluğundan verilən məlumata görə, Quba rayon sakinləri Asəf Şahverdiyevlə azyaşlı oğlu Əsbala Şahverdiyev mal-qara otaran zaman təlim meydançasından partlayıcı qurğu olan tank əleyhinə minanın fitilini tapıblar. Qurğu ilə ehtiyatsız rəftar nəticəsində partlayış baş verib. Ata və oğul hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğu Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG