Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

Haitidə zəlzələdən sonra qarət və zorakılıq halları artıb


Haitidə zəlzələdən sağ çıxmış insanların yardım ümidləri azaldıqca, paytaxt Port-o-Prinsdə dükanları yağmalama və zorakılıq halları artır. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi məlumat verib.

ABŞ ordusunun sözçüsü isə dünən təcili olaraq Haiti paytaxtının ətrafına havadan təyyarələrlə 14.500 ədəd yemək və 15 min litr içməli su paketi atdıqlarını bildirib. Bu arada BMT-nin baş katibi Ban Ki-mun Təhlükəsizlik Şurasından Haitiyə əlavə 3.500 hərbçi göndərmək planını təsdiqləməyi xahiş edib.

XS
SM
MD
LG