Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

Ölənlərin sayı 200 minə çatır


BMT Baş Katibi Ban Ki Mun Təhlükəsizlik Şurasından Haitiyə 2 min əlavə sülhməramlı əsgər və 1500 polis göndərməsini xahiş edib. Ötən həftə Haitiyə səfər edən Ban Ki MUn bildirib ki, Haitidəki təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ordakı 9 minlik beynəlxalq kontingentin sayını artırmaq lazımdır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bu gün bildirib ki, Haitinin paytaxtında, zəlzələ nəticəsində tamilə dağılan Port-o Prinsdə zorakılıq və soyğunçuluq artmaqda davam edir. Üstəlik, gözlənilən miqyasda yardımların gəlməməsi və beynəlcalq xilasedicilərin gecikməsi nəticəsində ölkədəki ümidsizlik və depresiya bütün ölkə boyu yayılmaqdadır.

Haiti rəsmiləri artıq ölkə üzrə ölülərin sayının 200 mini keçməsindən narahatdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG