Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:29

Avropalıların 9 faizi ət yeməyə pul tapmır, 17 faizi kasıblıq içindədir


Avropa Birliyi əhalisinin 17 faizi 2008-ci ildə kasıblıq həddindən də aşağı yaşayıb. Yoxsulluğun ən yuxarı səviyyəsi Latviya və Rumıniyada qeydə alınıb.

Avropa Birliyinin Statistika İdarəsi – Eurostatın açıqladığı rəqəmlərdə belə deyilir. Eurostat 27 Avropa Birliyi ölkəsi üstəgəl Norveç, Lixteynşteyn və İslandiya üzrə rəqəmləri təqdim edib. Bu hesabata görə, yeni Avropa Birliyi ölkələrinin əhalisinin 60 faizə yaxını aşağı gəlirlərlə dolanır.

Latviyada 26, Rumıniyada 23, Yunanıstan, İspaniya və Litvada əhalinin 20 faizi yoxsulluq həddindən də aşağı həddə yaşayır.

Hesabata görə, hər 10 avropalıdan biri evini qızdırmaq üçün pul tapmır. Avropalıların 9 faizinin isə hətta 2 gündən bir ət yeməyə imkanı çatmır.
XS
SM
MD
LG