Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

«Dağlıq Qarabağ probleminin hansı yolla həlli artıq dəqiqləşib»


2009-cu ildə Dağlıq Qarabağ probleminin hansı yolla həlli artıq dəqiqləşib və ərazi bütövlüyü prinsipi prioritet götürülüb.

Prezident İlham Əliyev yanvarın 18-də Nazirlər Kabinetində keçirilən müşavirədə belə deyib. Onun sözlərinə görə, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq:

«Bu düstur hesab edirəm ki, Dağlıq Qarabağ məsələsinin həlli üçün həlledici ola bilər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələ həll olunacaq. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız – məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Və gələcəkdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icması yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir».

Prezidentin fikrincə, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır.
XS
SM
MD
LG