Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:39
Əslində alma Nyutonun başına düşməyibmiş...

Bunu elm tarixində ən məşhur alma saymaq olar.

Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda bu rəvayət məşhurdur:

Dahi ingilis alimi İsaak Nyuton bağda gəzərkən başına alma düşür və beləliklə o, Yerin cazibə qanununu kəşf edir.

Amma sən demə bu rəvayət heç də 100 faiz doğru deyilmiş.

Britaniyanın Milli Elmlər Akademiyası alma əhvalatının əslində necə baş verdiyini Nyutonun dilindən eşitmiş fizik Vilyam Stukeleyin xatirələrini nəşr edib. ("Guardian" qəzeti)

Stukeleyin 1752-ci ildə Nyutonun həyatı haqqında yazdığı xatırələrin həcmi 100 səhifədir.

Əvvəllər bu xatirələri yalnız arxivdə alimlər oxuya bilirdilər. İndi isə yazı İnternetə yerləşdirilib:

“...Nahardan sonra biz bağçaya getdik. Yaxşı hava vardı, alma ağaclarının kölgəsində əyləşib çay içməyə başladıq.

Nyutonu ilhamlandıran alma ağacının "varisi" olan ağac. 1981-ci ildə Argentinada universitetlərin birinin qarşısında əkilib.
O mənə dedi ki, bax cazibə anlayışı da mənim ağlıma indiki kimi alma ağacları arasında gəlib. Onda yerə alma düşəndə mən öz-özümə düşünməyə başladım ki, görəsən, niyə almalar həmişə yerə perpendikulyar şəkildə düşür?”

Elmlər Akademiyasının kitabxana və arxiv bölməsinin rəhbəri Keyt Mur deyib ki, alimlər almanın Nyutonun başına düşməsi söhbətinin mənbəyini yaxşı bilirlər.

“Şübhəsiz ki, bu, Nyutonun “rəndələdiyi” və lətifəyə çevirdiyi bir söhbətdir.

Biz sadəcə istəyirik ki, xalq bu xatirələri öz gözləriylə görsün.

Amma hadisəni “rəndələyən” təkcə Nyutonun özü olmayıb, sonra gələn nəsillərin də bu işdə rolu olub”.

İndi Britaniyada və bir sıra başqa ölkələrdə Nyutonu "ilhamlandıran" alma ağacının "törəmələri" olduğu deyilən bir neçə ağac var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG