Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:37

Türkmənbaşının qızıl heykəli götürülür


Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedov özündən əvvəlki prezident Saparmurat Niyazovun – Türkmənbaşının qızıl heykəlini götürmək barədə qərar verib.

Türkmənbaşının 75 metr hündürlüyündəki 3ayaq özül üzərində qoyulan 12 metrlik qızıl heykəli daim üzü günəşə fırlanırdı. Bu, Türkmənbaşının şərəfinə ucaldılan ən hündür və ən məşhur abidədir.

İndiki Prezident Qurbanqulu Berdımuhammedovun fərmanına görə, abidə Mart ayında söküləcək və sonradan, Aşqabatın cənubunda ayrılacaq yeni bir yerdə qoyulacaq.

Daha öncə Berdumuhammedov sağlığında özünü ömürlük prezident élan edən və Türkmən xalqının atası adlandıran Türkmənbaşının şəkillərini də yığışdırmaq haqda göstəriş vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG