Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:48

Sabiq icra başçısı məhkəmə qarrşısında


Mingəçevir şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Süleyman Rəşidov məhkəmə qarşısındadır. İcra başçısı dövlət əmlakını talamaqda təqsirli bilinir. İbtidai istintaq yolu ilə müəyyən edilib ki, 1997-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Süleyman Rəşidov 1 il sonra tutduğu vəzifədən azad edilərək dövlət əmlakını talamaq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. İstintaq orqanından gizləndiyindən onu ötən ilin sentyabr ayında həbs etmək mümkün olub.

Süleyman Rəşidov təkcə icra hakimiyyəti başçısı vəzifəsində işləyərkən yol verdiyi yeyintilərdə təqsirləndirilməyib. O, həmçinin bu vəzifəyə təyin olunanadək işlədiyi Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində də pul vəsaitlərini mənimsəməkdə ittiham olunur.

Məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilir. Prosesə hakim Rasim Sadıxov sədrlik edir.

XS
SM
MD
LG