Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:39

Sabunçu polislərini qətlə yetirən məhkəmə qarşısında


Yanvarın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis zabitlərini qətlə yetirməkdə təqsirləndirilən Nardaran kənd sakini Sahib Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə iclasına hakim İlqar Murğuzov sədrlik edir.


İbtidai istintaq yolu ilə müəyyən edilib ki, Sahib Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin polis əməkdaşları Rövşən Rəhimovu və İlqar Ağayevi odlu silahla qətlə yetirib. Sahib Həsənovun ibtidai istintaqa verdiyi ifadəsinə görə, hadisə baş verən tarixdə Nardaran sakinləri olan tanışları Ramiz Həsənovla, Həsən Əzimovla, İlham Quliyevlə birlikdə avtomat və tapança ilə silahlanaraq polis əməkdaşlarının xidməti avtomobilinin qarşısını kəsiblər. Maşından düşən polis əməkdaşları Rövşən Rəhimovu və İlqar Ağayevi atəşə tutublar. Rövşən Rəhimov başından aldığı güllə yarasından hadisə yerində həlak olub. Güllə xəsarətləri alan İlqar Ağayev isə silahlılara müqavimət göstərməkdə davam edib və onlardan Ramiz Həsənovu, Həsən Əzimovu və İlham Quliyevi öldürüb. Sonra isə qanitirmədən özü də hadisə yerində dünyasını dəyişib.

Məhkəmə prosesi yanvarın 27-nə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG