Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:19

Bələdiyyə sədrinə 8 illik həbs cəzası


Yanvarın 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Astara rayonu, Ərçivan kənd sakini Mirzağa Nuriyevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim Dadaş Imanov sədrlik edib. Keçmiş bələdiyə sədri külli miqdarda bələdiyyə vəsaitini mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilirdi.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Mirzağa Nuriyev bələdiyyə sədri işlədiyi müddətdə Ərçivan kənd sakinlərinin torpaqlarını özbaşına satıb, kəndin daxili yolları üçün bələdiyyəyə ayrılmış pul vəsaitini mənimsəyib.

Lakin keçmiş bələdiyyə sədri məhkəmə prosesində verdiyi ifadədə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, ötən il Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxta ittihamlarla həbs edilib.

Məhkəmənin hökmü ilə keçmiş bələdiyyə sədri 8 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG