Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:50

Bələdiyyə seçkilərindəki pozuntularla bağlı materiallar prokurorluğa göndərilib


Mərkəzi Seçki Komissiyası dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində pozuntulara yol verən dairə və məntəqə seçki komissiyaları ilə bağlı araşdırma materiallarının bir hissəsini Respublika Baş Prokurorluğuna göndərib.

Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləriylə bağlı MSK-nın sonuncu iclasında 18 seçki məntəqəsi, 2 dairə seçki komissiyasının tərkibinin tam buraxılması, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən azad edilməsi barədə qərar verilib.

Ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin isə seçkilərə müdaxilə etdiyi təsdiqlənib.

XS
SM
MD
LG