Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:13
Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində pozuntulara yol verən dairə və məntəqə seçki komissiyaları ilə bağlı araşdırma materiallarının bir hissəsini Respublika Baş Prokurorluğuna göndərib.

Bu barədə Lent.az-a MSK katibi Natiq Məmmədov məlumat verib. O, hansı dairə və seçki məntəqələrilə bağlı materialların göndərilməsi barədə konkret danışmasa da, müxbirin “Naftalan bələdiyyəsinə keçirilmiş seçkilə bağlı prokurorluğa müraciət olunubmu?” sualını cavablandırıb: “Həmin bələdiyyəyə keçirilən seçkilə bağlı da sənədlərin araşdırma materiallarına olan hissəsi Baş Prokurorluğa göndərilib”.

N.Məmmədov bildirib ki, Baş Prokurorluq müraciət olunan pozuntulardan hansında cinayət tərkibinin olub-olmadığını araşdıraraq müvafiq addım atacaq.

Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərilə bağlı MSK-nın sonuncu iclasında 18 seçki məntəqəsi, 2 dairə seçki komissiyasının tərkibinin tam buraxılması, 2 DSK sədrinin isə öz vəzifəsinə uyğun gəlmədiyi bildirilərək vəzifəsindən azad edilməsi barədə qərar verilib.

Ümumilikdə 33 seçki məntəqəsində və 9 bələdiyyə üzrə keçirən seçkilərin nəticələri ləğv edilib. Naftalan rayon İcra Hakimiyyətinin başçısı Musa Musayevin isə seçkilərə müdaxilə etdiyi təsdiqlənib.
XS
SM
MD
LG