Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23

Kabildə hökumət qüvvələri ilə yaraqlılar arasında atışma gedir


Əfqanıstanın paytaxtı Kabildə hökumət qüvvələri ilə yaraqlılar arasında atışma gedir. Kabilin mərkəzində bir neçə partlayış olub. Yaralıların olduğu bildirilir. NATO qüvvələrinin məlumatına görə, iki yaraqlı öldürülüb. Ölən və yaralananlar haqda hələ ki, dəqiq məlumat verilmir.

Hücumda 20-yə yaxın yaraqlının iştirak etdiyi, onların arasında intiharçıların olduğu bildirilir. Hücuma görə məsuliyyəti Taliban üstünə götürüb. Bildiriblər ki, məqsədləri hökumət binalarına hücum etməkdir.

Bu gün Kabildə yeni hökumətin andiçmə mərasimi keçirilməliydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG