Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:13

H1N1 virusuna qarşı vaksinin ikinci hissəsi Azərbaycana gətirilib


Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana göndərdiyi H1N1 virusuna qarşı vaksinin ikinci hissəsi ölkəyə gətirilib. Gələn həftə vaksinlər səhiyyə orqanları arasında bölüşdürüləcək.

Yanvarın 8-də Azərbaycana 90 min doza vaksin gətirilmişdi. Hazırda həmin dərmanlarla peyvəndləmə kampaniyası aparılır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycana “donuz qripi”nə qarşı ümumilikdə 882 min doza vaksinin gətirilməsi planlaşdırılır. Bu həcmdə vaksin Azərbaycan əhalisinin 10 faizinin peyvənd olunması üçün kifayət edir.

XS
SM
MD
LG