Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:21

İrana qarşı yeni sanksiyalar müzakirə edilib


ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin dünən Nyu Yorkda İrana qarşı yeni sanksiyaları müzakirə ediblər.

Tehran hələdə onun nüvə proqramı ətrafında yaranmış vəziyyətlə bağlı bu ölkələrin təklifinə dəqiq cavab verməyib.

İranın xarici işlər naziri Manuçöhr Mottaki deyir ki, İran bu təklifi prinsipcə qəbul etsə də məsələ hələ də tam həll olunmayıb.

Görüş iştirakçıları belə qərara gəliblər ki, İran bu təklifi qəbul etməyib.

İclasa Rusiyanı təmsil edən xarici işlər nazirinin müavini Sergey Ryabkov isə görüşdə elə bir konkret qərar qəbul edilmədiyini bildirib.

Qərbin təklif etdiyi plana görə İran onda olan az saflaşdırılmış uranı ikinci ölkəyə verməli və əvəzində həmin ölkədən nüvə yanacağı almalıdır.

Qərb hesab edir ki, İran zənginləşdirilmiş urandan nüvə silahının istehsalında da istifadə edə bilər. Tehran ittihamı rədd edir
XS
SM
MD
LG