Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:39

Amerikalı həmsədr Xankəndinə gedir


Regionda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke bu gün Xankəndində qondarma rejimin rəhbərliyi ilə görüşəcək.

Məlumatı Armtudey informasiya agentliyi yayıb.

Robert Bradke həmçinin dünən Yerevanda Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirib.

Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, yanvarın 20-də ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin regiona səfəri başlayır.

Həmsədrlər yanvarın 20-də Ermənistana gedəcək, sonra isə Bakıya gələcəklər.
XS
SM
MD
LG