Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Zəlzələdə ən çox Leogane şəhəri dağılıb


Haitidə zəlzələdən ən çox Leogane şəhəri zərər çəkib.

Bu şəhər ölkə paytaxtı Port-a-Prensin qərbində yerləşir.

BMT-nin hümanitar məsələlər üzrə koordinasiya idarəsi şəhərdəki evlərin 80-90 faizinin dağıldığını, 5-10 min arası adamın öldüyünü xəbər verir.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə ümumilikdə 50 minədək adamın öldüyünü xəbər verir.

ABŞ hərbçiləri ölkəyə gətirilən hümanitar yükləri qəbul etmək, xaricilər və yaralıları köçürmək üçün Port-a-Prensdəki beynəlxalq hava limanını nəzarətə götürüblər.

Xilasedicilər xəbərdarlıq edib ki, əgər onlar təcili kömək ala bilməsələr, vəziyyət çətinləşəcək.

Artıq qarətlər barədə məlumatlar gəlir.
XS
SM
MD
LG