Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

Amerikalı həmsədr Ermənistandadır


Ermənistan xarici işlər naziri bu gün ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke və ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviçlə görüşüb.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, həmsədrlər yanvarın 20-də regiona səfərləri çərçivəsində Ermənistana, yanvarın 21-də isə Azərbaycana gələcəklər.

Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini davam etdirməkdir.
XS
SM
MD
LG