Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:39

İrana qarşı yeni sanksiyalar müzakirə olunacaq


6 aparıcı dünya ölkəsi bu gün Nyu Yorkda İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin nümayəndələri İranın nüvə proqramı ilə bağlı ona edilmiş təklif və Tehranın oktyabrda bu plana verdiyi cavabı götür-qoy edəcəklər.

Bu plana görə İran onda olan az zənginləşdirilmiş uranı ikinci ölkəyə verməli və əvəzində ondan nüvə reaktoru üçün yanacaq almalıdır.

İranın xarici işlər naziri Manuçöhr Mottaki bildirib ki, Tehran bu planı prinsipcə qəbul etsə də , məsələ hələ də həll olunmamış qalır.

Qərb ehtiyat edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.

Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG