Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:00

14 yaşlı uşağın gözləri tutula bilər


14 yaşlı oğlan
14 yaşlı oğlan
Bakı sakini İradə Əliyeva ikinci qrup əlildir, həyat yoldaşı dediyinə görə, Qarabağ döyüşlərində İtkin düşüb. İki balasından biri - 14 yaşlı oğlunun beynində şiş olduğu üçün onun gözünün tutulmaq təhlükəsi yaranıb.

İradə xanım deyir ki, uşaq təcili əməliyyat olunmalıdır. Amma müalicəsi ancaq xaricdə mümkündür. Bunun üçün isə 17 min manat lazımdır:

«Uşağın beynində intraserebral şiş var. Təcili əməliyyat olunmalıdır. Əks halda, uşağın gözləri tutula bilər. Artıq sol gözü 40 faiz görmə qabiliyyətini itirib. Bu barədə Səhiyyə Nazirliyinin, Neftçilər və Neyrocərrahiyyə xəstəxanalarının rəsmi tibbi sənədləri, epikrizlər var. Texniki səbəblərdən əməliyyatın ölkədə aparılması mümkün deyil. İranda tam zəmanət və çox böyük endirimlə razılıq verdilər. Uşağın əməliyyatı üçün 17.000 manat lazımdır. Bu vəsaitin 7 min manatını güc-bəla ilə toplamışam. Özüm 82 manat, itkin düşmüş həyat yoldaşıma görə 40 manat təqaüd alıram».

İradə Əliyeva xahiş edir ki, imkanlı adamlar ona kömək əli uzatsınlar.

Uşağın adına açılmış bank hesabı belədir:

BEYNƏLXALQ KÖÇÜRMƏLƏR ÜÇÜN

CORRESPONDENT BANK - CITY BANK NEW YORK
S.W.I.F.T. - CITIUS 33
CORRESPONDENT ACCOUNT - USD 36083186
BENEFICIARY BANK - THE INTERNATIONAL BANK OF AZERBAIJAN REPUBLIC
GARADAG BRANCH 76A Q.ABBASOV STR.,BAKU,AZERBAIJAN

MANATLA KÖÇÜRMƏLƏR ÜÇÜN

S..W.I.F.T. - IBAZAZ2X
BANKIN KODU - 805647
MÜXBİR HESAB - 0137010002944
ALAN MÜŞTƏRİ - ƏLİYEV ƏMRAH CANPOLAD
MÜŞTƏRİNİN HESABI - 33811018409642541203

DÖVLƏTiN KÖMƏYi MÜMKÜNDÜR, AMMA…

Səhiyyə Nazirliyinin vətəndaşları respublikadan kənar müalicəyə göndərən komissiyasının sədri Nəsib Quliyev deyir ki, onlar ərizələrə bir ay ərzində cavab verəcəklər.

- Komissiya ay ərzində ərizələri müzakirə edir, heç kimə məhdudiyyət yoxdur. Amma xaricdə müalicə olunmaq üçün əsaslandırma lazımdır. Bəzən hətta komissiya ayda iki dəfə də yığışır.

- Sizə nə qədər adam müraciət edir?


- Ötən il 2000-dən çox işi müzakirə eləmişik.

Vəkil Azər Nağıyev də məsləhət görür ki, İradə Əliyeva komissiyaya müraciət etsin, komissiyanın qərarı onu qane etməsə, sağlamlıq və yaşamaq hüquqlarını məhkəmədə müdafiə etsin.

Bizimlə əlaqə

Bizimlə əlaqə

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.
XS
SM
MD
LG