Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Həmsədrlər yanvarın 21-də Bakıya gəlirlər


ATƏT-in Minsk Qrupunun həmsədrləri yanvarın 21-də Azərbaycana səfər edəcəklər. Bunu AzadlıqRadiosuna Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.

Onun dediyinə görə, həmsədrlər bir gün öncə - yanvarın 20-də Ermənistana səfər edəcəklər, daha sonra Bakıya gələcəklər. Səfər çərçivəsində həmsədrlərin Azərbaycan XİN-də görüşləri nəzərdə tutulur.

Elxan Poluxovun dediyinə görə, görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair razılaşdırılmamış məsələlər ətrafında fakir mübadiləsi aparılacaq.
XS
SM
MD
LG